Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi, tarix elmləri namizədi, ekspert Aleksandr Skakov deyib.
O qeyd edib ki, hər bir tərəf üçün məqbul həll mövcud deyil və ola da bilməz.
“İstənilən tənzimləmə ya bir, ya da iki tərəf üçün məqbul olacaq. Təəssüf ki, bu, həqiqətdir. Və başqa heç nə. Buna görə də, danışıqlar prosesi üçün hələlik əsaslar görmürəm və bu vəziyyətdə tərəflərin nədən danışa biləcəyini görmürəm”, - deyə Skakov bildirib.
Onun sözlərinə görə, tərəflər bir-birlərinin mövqelərini istisna edən yanaşmaları davam etdirir və bu, hələ uzun müddət davam edəcək.
Alpər Mövludoğlu
Ordu.az