“İki tərəfin yanaşmalarını tarixi inkişaflar məsələsində yenidən hasil etməyəcək üçüncü alternativ yol zəruridir”- Vaal

2018/03/295156_1521115695.jpg
Oxunub: 895     12:36     27 Fevral 2020    
Münhendə baş tutmuş İlham Əliyev-NikolPaşinyan debatı və görüşü hansı nəticələri qeydə alıb? Görüş nə dərəcədə səmərəli idi və sonrakı dinc nizama salınma prosesindən nə gözləmək olar?

Karnegi fondunun analitiki Tomas de Vaalın fikrincə, Münhen “fiaskosu” göstərir ki, Qarabağ münaqişəsinin yaraları hələ də azərbaycanlılar və ermənilər üçün nə qədər dərindir.

Tomas de Vaal “Azərbaycan-Ermənistan tarixi atəşkəsinin zamanıdır” başlıqlı məqaləsində Münhendə baş tutmuş Azərbaycan və Ermənistan liderlərinin ictimai debatını müzakirə edir.

Müəllif əmindir ki, iki tərəfin yanaşmalarını tarixi inkişaflar məsələsində yenidən hasil etməyəcək üçüncü alternativ yol zəruridir. O hesab edir ki, alternativ yanaşmanın formalaşdırılması məsələsində tarix dəstəkləyici rolu öz üzərinə götürə bilər.

Ölkə rəhbərlərinin fikirlərini təhlil edərək Tomas de Vaal qeyd edir ki, konstruktiv görünmək cəhdlərinə baxmayaraq, iki liderin bir-birinə qarşı hər hansı real mesajı yox idi, səslənən fikirlər isə xalqların yaşadığı tarixi ağrıların və sui-qəsd nəzəriyyələrinin əks-sədası idi.

Erməni politoloq-analitik Filip Qamağelyan qeyd edib ki, debat məzmun baxımından uğursuz olub, lakin ictimai dialoq faktı müsbət və vacibdir.

“On illər ərzində danışıqlar bağlı qapılar arxasında gedirdi və qeyd edə bilərik ki, bu, hansısa müsbət nəticəyə gətirib çıxarmadı”, - deyə Qamağelyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal   Ermənistan  

“İki tərəfin yanaşmalarını tarixi inkişaflar məsələsində yenidən hasil etməyəcək üçüncü alternativ yol zəruridir”- Vaal

2018/03/295156_1521115695.jpg
Oxunub: 896     12:36     27 Fevral 2020    