Çinin istifadədən çıxarılan döyüş təyyarələri bazasında yaradılan PUA-ları - ARAŞDIRMA (II YAZI)

2020/03/milit-1583912081.jpg
Oxunub: 869     16:15     17 Mart 2020    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Çinin ilk təkrar istifadə edilə bilən pilotsuz uçuş aparatları haqqında danışarkən, köhnə qırıcı təyyarələrin hədəf təyyarələrinə kütləvi çevrilməsini xatırlatmamaq düzgün olmaz. 1980-ci illərdə J-5 (“MiQ-17”) qırıcı təyyarəsinin bir hissəsinin “Ba-5” radioidarəetməli hədəflərə çevrilməsinə başlandı.

Çində J-5 istehsalının inkişafı “Mədəni İnqilab” ilə üst-üstə düşdü.1960-cı illərin ortalarında isə onlar köhnə hesab olunurdu. 1969-cu ildə “Shenyang” təyyarə fabrikində J-5 seriya istehsalını səsdən sürətli J-6 (“MiQ-19”) ilə əvəz etdilər. Bununla birlikdə, Çin Hərbi Hava Qüvvələri səsə qədər sürətli reaktiv təlim döyüş təyyarəsinə çox ehtiyac duyurdu və buna görə də iki nəfərlik JJ-5 buraxılışı 1986-cı ilə qədər davam etdi.

JJ-5 təlim döyüş təyyarəsi

Cüt yerli JJ-5 təyyarələri 2011-ci ilə qədər Çinin qırıcı pilotlarını yetişdirmək üçün istifadə edildi. Hazırda uçuşa yararlı JJ-5 təyyarələrinin əksəriyyəti “Va-5i” radio ilə idarə olunan hədəflərə çevrilib. Bu radio ilə idarə olunan təyyarələr həm müstəqil şəkildə uçmağa və eniş etməyə qadirdir, həm də təkrar istifadə üçün uyğunlaşdırılıb.

“Va-5i”də radar və istilik portretini dəyişdirmək üçün “Luneberg” linzaları və IR simulyatorları quraşdırılıb. Yeni hava hücumundan müdafiə sistemlərinin sınanması zamanı ətraflı analiz üçün hədəf təyyarələrinə video fiksasiya sistemləri yerləşdirilib.

“Google Earth” peyk görüntüsü: Hedongli aviabazanın dayanacağında “Va-5i” radio ilə idarə olunan hədəflər

Hazırda, Çin Hərbi Hava Qüvvələrində mövcud olan “Va-5i” pilotsuz vasitələrinin hamısı ölkənin şimal-qərbində, Daxili Monqolustanın Qansu əyalətindəki Hedonqli aviabazasında yerləşdirilib. Açıq mənbələrdə yayılan məlumata görə, burada köhnə təyyarələrin radioidarəetməli hədəflərə çevrilməsi ilə məşğul olan təyyarə təmiri şirkəti də mövcuddur.

Çinin Hərbi Hava Qüvvələrinin Döyüş Tətbiqi Mərkəzi də Hedonqli aviabazasında yerləşir. Bazanın uçuş-enmə zolağından 70 km uzaqda, Jiuquan kosmodromundan cənubda ÇXR-in ən böyük Dingxin aviasiya sınaq poliqonu mövcuddur. “72-ci Sahə” olaraq bilinən hava hücumundan müdafiə qüvvələri üçün sınaq mərkəzi də buradadır. Aviasiya bazasının kənarlarında yüzə yaxın köhnə J-5 və JJ-5 qırıcıları cəmləşdirilib. Poliqonda hər il 12-15 hava hədəfinin döyüş atışlarında məhv edildiyini nəzərə alsaq, bu say 7-8 il davam edən təlimlər üçün yetərli olacaq.

Göründüyü kimi, gələcəkdə J-10 və J-11 qırıcıları tərəfindən döyüş alaylarında dəyişdirilən J-7 və J-8 səsdən sürətli qırıcılar da pilotsuz hədəf təyyarələrinə çevriləcək.

2010-cu ildə Çin Hərbi Hava Qüvvələri rəsmi olaraq J-6 qırıcısı ilə vidalaşdı. “MiQ-19”un bir nüsxəsi olan bu qırıcı, Çin Hərbi Hava Qüvvələrində ən çoxsaylı vasitə oldu, ümumilikdə 1980-ci illərin əvvəllərindən 3000-dən çox J-6 hazırlandı. Ön cəbhə qırıcısından əlavə, J-6-nın hava hücumundan müdafiə qoşunlarının ələkeçiricisi kimi, müvafiq radar və raket silahlarına malik olan bir neçə modifikasiyası da hazırlanıb.

J-6 qırıcısı

1950-ci illərin əvvəllərində hazırlanan J-6 qırıcısı, artıq 1980-ci illərin ortalarında 4-cü nəsil vasitələrlə rəqabət apara bilmir. Aviasiya alayları müasir təyyarələrlə təchiz edildikcə, uçuş resurslarını başa vurmayan köhnə qırıcılar saxlanma bazalarına göndərildi. Bu proses Rusiyadan Su-27SK ağır qırıcılarının tədarükünə başlandıqdan və “Shenyang” Təyyarə Zavodunda lisenziyalı istehsalın inkişafından sonra daha da sürətləndi.

Rəsmi olaraq istismardan çıxarılan J-6, hələ də müasir döyüşçülərin resurslarına qənaət etmək məqsədilə uçuş mərkəzlərinin təlim uçuşlarında və tədqiqat proqramlarında istifadə edilir. Çox sayda J-6 təyyarələri isə yeni HHM sistemlərinin zenit və aviasiya raketlərinin sınaqları zamanı aktiv istifadə olunan radio ilə idarəolunan hədəflərə çevrildi.

Soyuq müharibə dövründə ÇXR-nin müxtəlif ərazilərində təyyarələr üçün nüvə partlayışına tab gətirə bilən təxminən iki yüzə qədər geniş yeraltı sığınacağı yaradıldı. 1990-2000-ci illərdə bir neçə yüz köhnə, lakin hələ də istifadə üçün yararlı döyüş təyyarələrini qayaları yararaq hazırlanan sığınacaqlarda cəmləşdirdilər.

“Google Earth” peyk görüntüsü: Houlincun hava bazasının dayanacağında J-6 və J-7 radio ilə idarəolunan təyyarələr

Təxminən 5 il əvvəl, Hərbi Hava Qüvvələrində birbaşa hərbi dairə komandanlarına tabe olan əlahiddə xüsusi təyinatlı pilotsuz eskadrilyanın yaradılmasına başlandı. Bu aviasiya təyyarə hissələri modifikasiya edilən və radio ilə idarə olunan J-6, J-7 və J-8 qırıcıları ilə təchiz edilir.

Onların əsas təyinatı düşmən ələkeçiricilərini və zenit sistemlərini yayındırmaq, düşmənin hava hücumundan müdafiə sistemini açmaq üçün kəşfiyyat və nümayiş uçuşlarını həyata keçirməkdən ibarətdir.

Pilotsuz eskadrilyanın şəxsi heyəti və texnikası sülh dövründə qırıcı aviasiyanın və hava hücumundan müdafiə qüvvələrinin təlim prosesinin təşkilində iştirak edir. Hərbi əməliyyatların baş verəcəyi təqdirdə, köhnə pilotsuz təyyarələr saxta hava hədəfi kimi çıxış edərək düşmənin hava hücumundan müdafiə vasitələrinin zərbəsini öz üzərinə qəbul edəcək.

Bu qırıcıların pilotsuz “kamikadze” kimi uzaqdan idarəetmə qurğularından əlavə, düşmənin radarlarına həm maneə törətmək, həm də onları məhv etmək üçün nəzərdə tutulan raketlərlə silahlandığı ehtimal olunur.

(Ardı var)
Yazı Sergey Linnikin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   Çin  

Çinin istifadədən çıxarılan döyüş təyyarələri bazasında yaradılan PUA-ları - ARAŞDIRMA (II YAZI)

2020/03/milit-1583912081.jpg
Oxunub: 870     16:15     17 Mart 2020    