Çinin pilotsuz aviasiyası necə yarandı? - ARAŞDIRMA (I YAZI)

2020/03/45645-1583910520.jpg
Oxunub: 1031     15:27     14 Mart 2020    
Hazırda uzaqdan idarə olunan kiçik kvadrokopterlərin Çin istehsalçıları, uğurlu qiymət-keyfiyyət nisbəti sayəsində dünya bazarında lider mövqe tutur. Əyləncə və kommersiya istifadəsi üçün nəzərdə tutulan nisbətən ucuz və sadə cihazların yaradılması və istehsalı ilə eyni vaxtda, böyük Çin aviasiya istehsalçıları yüngül, orta və ağır sinifə aid hərbi PUA-ları inkişaf etdirirlər. Bu istiqamətdə Çin artıq Rusiyanı çoxdan geridə qoyub və ABŞ-ı yaxın məsafədən təqib edir.

Çin mütəxəssislərinin dronların yaradılması sahəsindəki uğurları təqdirəlayiqdir, çünki onlar bu istiqamətdə lazımi təcrübəyə sahib olmayıblar, yalnız 1990-cı illərin əvvəllərində geniş miqyaslı tədqiqatlara başlayıblar.

1970-1980-ci illərdə ÇXR-də fotokəşfiyyat və simulyator hədəfləri kimi istifadə üçün nəzərdə tutulan pilotsuz uçuş aparatlarının kiçik miqyaslı istehsalı həyata keçirilirdi.

“ChangKong-1” PUA-sı

Çinin ilk pilotsuz vasitələri

ÇXR-də pilotsuz uçuş aparatlarının inkişafı 1960-cı illərin ortalarında başlayıb. Seriya istehsalına başlanan ilk Çin PUA-ları Xian Northwest Politexnik Universiteti tərəfindən hazırlanıb. Zenit artilleriya heyətlərinin təlim üçün hazırlanan “Va-2” və “Va-7” PUA-ları 1970-ci illərin əvvəllərində silahlanmaya qəbul edilib. Bunlar porşenli mühərrikləri olan, sadə və radio ilə idarə olunan aparatlar idi. Onları bərk yanacaq sürətləndiricisi ilə atıcı qurğudan buraxırdılar.

“Va-2” PUA-sı

“Va-2” aparatı xarici görünüşünə görə birpərli idarəolunan monoplana bənzəyir. PUA-nın kütləsi 56 kq, uçuş müddəti 1 saat, mühərrikin gücü 14 at gücü, maksimum sürət saatda 250 km, uzunluğu 2.55 m, qanad açılımı isə 2.7 m-dir.

Daha böyük “Va-7” aparatının kütləsi 150 kq-dan ağırdır, uçuş müddəti təxminən 2 saat, hava ilə soyudulan porşenli mühərrikinin gücü isə 25 at gücüdür. Maksimal sürəti saatda 350 km olan PUA 5000 metrə qədər yüksəklikdə uça bilir. Füzelyajın uzunluğu 2.65 m, qanad açılımı isə 2.68 metrdir.

“Va-7” PUA-sı

SK-11PUA-sı

ÇXR 1950-ci illərin sonlarında SSRİ-dən bir neçə ədəd radio ilə idarə olunan “La-17” raket hədəfi əldə etdi. 1960-cı illərin sonlarında Nanjing Aeronavtika İnstitutu öz analoqu yaratmağa başladı. Bunun üçün “La-17” ətraflı öyrənilməsi üçün söküldü. Çin radio ilə idarə olunan SK-1 (“ChangKong-1”) adlı PUA-sı sovet prototipindən çox fərqlənmədi, lakin dizaynda bəzi dəyişikliklər mövcud idi.

SK-1 PUA-sında J-6 (“MiQ-19”) qırıcısında istifadə olunan 24.5 kN gücə malik bir ədəd WP-6 turboreaktiv mühərriki quraşdırılırdı. Modifikasiyadan asılı olaraq boş PUA-ların kütləsi 2100-2500 kq olurdu. Yanacaq ehtiyatı 600-840 kq, uçuş müddəti 45-70 dəqiqə, sürəti 850-910 km/saat, uçuş yüksəkliyi 18000 m-ə qədər idi. “La-17”nin ilk modifikasiyaları kimi, Çin aparatı da barıt sürətləndiricilərindən istifadə edilməklə qoşqudakı atıcı qurğudan buraxılırdı.

Prototipin ilk buraxılışı 1966-cı ilin dekabrında baş tutdu. Lakin ÇXR-də başlayan “Mədəni İnqilab”ın səbəb olduğu sənaye tənəzzülü işin irəliləməsinə çox mane oldu və SK-1A aparatlarının seriya istehsalına yalnız 1976-cı ildə başlandı.

HQ-2 (Çinin S-75 versiyası) hava hücumundan müdafiə sistemlərinin və yeni zenit raketlərinin təlim heyətlərinin məşqi üçün hazırlanan versiyadan başqa, nüvə sınaqları zamanı havadan nümunələr götürmək üçün SK-1V modifikasiyası yaradıldı. Bu pilotsuz nəqliyyat vasitəsi 1978-ci ildə Lobnor sınaq poliqonunda ilk dəfə “döyüş şəraitində” istifadə edildi, bünunla da nüvə partlayış buludundan nümunələr götürmək üçün tapşırıqlarının yerinə yetirilməsi pilotlu təyyarələrdən istifadə praktikasına son qoyuldu. 1980-ci illərdə bir neçə yeni modifikasiya silahlanmaya qəbul edildi.

SK-1S aşağı hündürlükdə uçuşlar yerinə yetirmək üçün uyğunlaşdırılıb. Onlar aşağı hündürlükdən müdafiəni yaran təyyarələri və qanadlı raketləri təqlid etmək üçün nəzərdə tutulurdu. SK-1E PUA-sı isə J-7 (“MiQ-21” versiyası) qırıcısı ilə müqayisə olunan manevr qabiliyyətinə malik idi.

1995-ci ildə SK-1 bazasında yaradılan SK-2 (“ChangKong-2”) supersəs PUA-sının sınaqları keçirildi. Bu model oxşəkilli qanad formasına və forsaj kameralı güclü turboreaktiv mühərrikə sahib idi. Radio ilə idarə olunan SK-2 pilotsuz vasitəsi yeni “hava-hava” və “yer-hava” raketlərini sınamaq üçün nəzərdə tutulurdu, lakin nədənsə çox sayda istehsal edilmədi.

WZ-5 kəşfiyyat PUA-sı

Vyetnam müharibəsi zamanı Çin mütəxəssisləri bir neçə ədəd nisbətən az zədələnən ABŞ-ın AQM-34N “Firebee” pilotsuz uçuş aparatını əldə etdilər. Bu aparatlar ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Cənub-Şərqi Asiyada döyüş əməliyyatları zamanı foto və radiokəşfiyyat aparmaq üçün çox geniş istifadə edilirdi.

Şimali Vyetnam, Laos, Kamboca və ÇXR-nin cənub bölgələri üzərindəki kəşfiyyat uçuşlarında, 1000-dən çox “Firebee” 3435 dəfə döyüş uçuşu həyata keçirmişdi. SA-75M ZRK heyətləri onlardan 130 ədədini düşürə bilmişdi.

Çin-Vyetnam sərhədi ərazisində isə 20-dən çox PUA Çin HHQ-sinin qırıcıları tərəfindən məhv edildi. Ümumilikdə, müharibə zamanı ABŞ Hərbi Hava Qüvvələri 578 ədəd AQM-34 “Firebee” itirdi. Bəzi aparatlar ağacların üstünə düşərək cüzi zərər gördülər ki, bu da onların ətraflı öyrənilməsinə imkan verdi.

WZ-5 (Wuzhen-5) olaraq təyin olunan “Firebee”nin Çin versiyasının yaradılmasına 1970-ci illərin əvvəllərində Pekin Aeronavtika Astronavtika Universitetində (Beijing University of Aeronautics Astronautics - BUAA) başlandı. İlk uçuş sınağı 1972-ci ildə baş tutdu. Prototiplərin inkişafı xeyli ləngidi və PUA yalnız 1981-ci ildə silahlanmaya qəbul edildi.

Qərb kəşfiyyatına görə, 1979-cu ildə Çin-Vyetnam qarşıdurması zamanı eksperimental seriyanın WZ-5 PUA-ları Çin tərəfindən istifadə edilib. ABŞ mütəxəssislərin fikrincə, pilotsuz təyyarənin arsenala qəbul edilməsinin təxirə salınması, Çin sənayesinin AQM-34N “Firebee” aparatlarına quraşdırılan kəşfiyyat və idarəetmə cihazlarının bənzərini yarada bilməməsi ilə əlaqədar olub.

WZ-5 PUA-sı

Çinin WZ-5 PUA-sının buraxılışı xüsusi olaraq modifikaiya edilən uzaqmənzilli “Tu-4” bombardmançısı vasitəsilə həyata keçirildi. 1960-cı illərdə porşenli “Tu-4” Çində atom bombasının daşıyıcısı olaraq qəbul edilirdi. Ümumilikdə Çinə 25 ədəd “Tu-4” təyyarəsi təhvil verilib. ABŞ-ın “Boeing” şirkətinin B-29 “Superfortress” təyyarəsinin bazasında yaradılan porşenli “Tu-4” bombardmançısı, “Tu-16” reaktiv təyyarələrini dəyişdirilməli idi.

Lakin SSRİ ilə münasibətlər pisləşdi və “böyük sıçrayış” yeni texnologiyanın inkişafını ləngitdi və ümidsiz olaraq köhnələn bombardmançının uçuş tərcümeyi-halı gözlənilməyəcək qədər uzun oldu. Bir neçə Çin “Tu-4” təyyarəsinin 4250 at gücünə sahib olan 4 ədəd AI-20M turbopərli mühərriki ilə təchiz edilərək təkmilləşdirilməsi, təyyarələrin uçuş imkanlarını bir qədər yaxşılaşdırdı.

WZ-5 PUA-sı təkmilləşdirilən “Tu-4” bombardmançısının qanadı altında

AI-20M turbopərli mühərriki ilə təchiz edilən “Tu-4” daşıyıcı təyyarəsinin qanadları altında 2 ədəd WZ-5 PUA-sı yerləşə bilirdi. Onun buraxılması xilasetmə paraşüt sistemindən istifadə edilərək həyata keçirilirdi. Sökülərək, hazırlıqdan sonra WZ-5 PUA-sı yenidən istifadə edilə bilirdi. Sonradan, xüsusi olaraq modifikasiya edilən turbopərli “Shaanxi” Y-8E (Çinin “An-12” nüsxəsi) dronların daşıyıcısı oldu. “Tu-4” və Y-8E altında yerləşdirilən PUA-ların ölçüləri, WZ-5 ölçüləri (uzunluğu 8.97 m və qanad açılımı 9.76 m) ilə məhdudlaşırdı.

Üçuş kütləsi 1700 kq olan WZ-5 PUA-sı adətən 4000-5000 m hündürlükdən buraxılırdı və sonra 17500 m yüksəkliyə qalxırdı, burada isə 800 km/s sürətlə uça bilirdi. Uçuş müddəti 3 saat idi.

Pilotsuz kəşfiyyat vasitələri 1980-ci illərdə müntəzəm olaraq Kamboca və Çin-Vyetnam sərhədi üzərindən uçurdular, lakin ilk WZ-5 aparatı hava-kəşfiyyat cihazlarındakı çatışmazlıqlar səbəbindən məhdud imkanlara malik idi və yalnız gündüz saatlarında fotoşəkil çəkə bilidi. Bundan əlavə, məsafədən idarə oluna bilməyən və ətalətli naviqasiya sistemindən istifadə edərək əvvəlcədən təyin olunan marşrut üzrə uçan PUA-nın geolokasiya sistemlərinin xəritəyə bağlanmasında ciddi xətalar mövcud idi. Bundan əlavə WZ-5A aparatları hava hücumundan müdafiə sistemlərinə qarşı yüksək həssaslıq nümayiş etdirirdi.

Bunları nəzərə alan Çin Hərbi Hava Qüvvələri komandanlığı təkmilləşdirilən bir modelin hazırlanmasını təkid etdi. Yeni WZ-5A versiyası yerüstü radiomayakları, infraqırmızı kanallı yeni foto və videokameraları, radiokəşfiyyat stansiyası ilə birlikdə işləyən naviqasiya sistemi və s. əldə etdi. 1990-cı illərin əvvəllərində istifadəyə verilən və düşmən ərazisinə “dərin nüfuz etmək” üçün nəzərdə tutulan WZ-5B PUA-sı radio altimeter ilə təchiz edildi.

Hava hücumundan müdafiə sistemlərinin toxunulmazlığı 100 m-dən çox olmayan uçuş hündürlüyü və avtomatik maneə yaratma sistemi ilə təmin edilməli idi. Hazırda Çinin WZ-5 ailəsinin PUA-ları köhnəlib və hava hücumundan müdafiə komplekslərinin və ələkeçirici qırıcıların heyətlərinin təlim prosesində hədəf kimi istifadə olunur.

WZ-2000 PUA-sı

Bir az irəli gedərək, Çin Hərbi Hava Qüvvələrində WZ-5 PUA-larını əvəz etməli olan aparatı nəzərdən keçirək. 1990-cı illərin ortalarında Çinin “Aisheng Technology Group Co.” şirkəti həm də WZ-9 adı ilə də tanınan WZ-2000 PUA-sının dizaynına başladı. Bu pilotsuz təyyarə WZ-5-ə bənzər ölçüyə və kütləyə malik idi. WZ-2000 kəşfiyyat, müşahidə, patrul əməliyyatları və döyüş təyyarələrinə hədəf təyin edilməsi üçün nəzərdə tutulur.

WZ-5-dən fərqli olaraq, WZ-2000 pilotsuz uçuş aparatı “təyyarə” kimi enməyə və ya qalxmağa qadirdir. Xarici görünüşünə görə WZ-2000, ABŞ-ın RQ-4 “Global Hawk” PUA-sına bənzəyir, lakin Çin pilotsuz vasitəsinin ölçüləri daha kiçikdir (uzunluğu - 7.5 m, qanad açılımı - 9.8 m) və kütləsi 1800 kq-dan çox deyil.

WZ-2000 PUA-sının modeli

WZ-2000 aparatında güc qurğusu kimi 16.9 kN gücündə AI-25TL turboreaktiv mühərrikindən istifadə edilir. Maksimum sürəti saatda 800 km-ə, döyüş radiusu 800 km-ə, uçuş yüksəkliyi isə 18000 m-ə qədərdir.

Gündüz və gecə televiziya kameralarından məlumatların peyk kanalları vasitəsilə real zaman rejimində gəlməsi nəzərdə tutulur. Dizayn mərhələsində füzelyaj altında, zəif görmə şəraitində kəşfiyyat aparmaq üçün sintetik aperturalı radarın asılması üçün qurğu planlaşdırıldı.

WZ-2000 PUA-sının ilk uçuşu 2003-cü ildə keçirildi, eksperimental istismarına isə 2007-ci ildə başlandı. Göründüyü kimi, Çin Hərbi Hava Qüvvələri komandanlığı daha inkişaf etmiş aparatlara güvənərək WZ-2000 PUA-larının böyük seriya istehsalından imtina etdi. Qərb ekspertləri hesab edirlər ki, bunun əsas səbəbi güc qurğusunun düzgün seçilməməsi və kəşfiyyat cihazlarının müasir standartlara uyğun olmayan təvazökar imkanlarından ibarət oldu. WZ-2000 vasitələri dizayn mərhələsində artıq köhnəldi.

Çinli dizaynerlərin sərəncamında uyğun bir təyyarə mühərrikinin olmaması, onları bu sinif PUA-lar üçün kifayət qədər “acgöz” AI-25TLK turboreaktiv mühərrikdən istifadə etməyə məcbur etdi. Bu mühərrikin prototipi 1960-cı illərin ortalarında SSRİ-də yaradılıb. “Yak-40” sərnişin və L-39 təlim təyyarələrində müxtəlif modifikasiyalı AI-25S mühərrikləri quraşdırılıb. Əksər mütəxəssislər isə 1800 kq kütləyə malik pilotsuz vasitə üçün porşenli və ya turbopərli mühərrikin daha uyğun olduğuna inanırlar.

(Ardı var...)..
Yazı Sergey Linnikin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   PUA  

Çinin pilotsuz aviasiyası necə yarandı? - ARAŞDIRMA (I YAZI)

2020/03/45645-1583910520.jpg
Oxunub: 1032     15:27     14 Mart 2020    