Azərbaycanın inkişaf etmiş müdafiə texnologiyaları – VİDEO

2020/02/MODIA-1582787123.jpg
Oxunub: 17194     16:04     02 Sentyabr 2019    
Oxucuların nəzərinə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 2019 təqvim ilinin sərgi tədbirləri üçün hazırlanan təqdimat videosunu çatdırırıq. Ayrıca qeyd etmək lazımdır ki, ilin əvvəlindən Müdafiə Sənayesi Nazirliyi üç ən böyük silah və müdafiə texnologiyası sərgisində (Türkiyədə ənənəvi "IDEF 2019" sərgisi, Belarusiyada "MILEX-2019" və Rusiyada "Ordu-2019" hərbi-texniki forumu) iştirak edib.

İnfoqrafiya və 3D animasiya ilə hazırlanan videoda müdafiə müəssisələrinin məhsulları, istehsal dövrü və silahlı qüvvələrimizin elit bölmələri tərəfindən Azərbaycan silah ustalarının inkişafının sınaqları nümayiş etdirilir.

Vizual məzmunda təqdim olunanların çox hissəsi artıq Azərbaycan Ordusu, Dövlət Sərhəd Xidməti və ölkənin digər güc strukturları tərəfindən mənimsənilib və təbii ki, xarici sifarişçilərə uğurla ixrac olunur.

Bəzi konseptual inkişaflar dövlət sınaqlarının son mərhələsindən keçir və alıcısını gözləyir. Videonun müəllifləri hərbi və konversiya sənaye istehsalının demək olar ki, maksimum səviyyəsini əldə edən Nazirliyin yerli elmi-texniki bazasının intellektual potensialını və imkanlarını vurğulayırlar.

Təqdimat videosunda yüksək texnologiyalı PUA-ların istehsal dövrlərini, müxtəlif çaplı döyüş sursatlarını, habelə müxtəlif təyinatlı silahların geniş çeşidini nümayiş etdirməyə xüsusi diqqət yetirilib. Ayrı bir blokda isə yararlılıq müddəti bitən sursatların ləğv edilməsi üçün mərkəzin fəaliyyəti nümayiş etdirilib.


Hans Kloss
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSN  


Bizi "telegram"da izləyin