Miqrasiya könüllülərindən “Xocalıya ədalət” kampaniyasına dəstək - FOTOLAR
Oxunub: 7904
21:56
26 Fevral 2020
“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Miqrasiya könüllüləri aksiya keçiriblər.
Ordu.az xəbər verir ki, onlar paytaxtın Nizami küçəsində, o cümlədən alış-veriş mərkəzlərinin qarşısında əcnəbilərə və gənc nəslə Xocalı soyqırımının təfərrüatlarını əks etdirən informasiya bülletenləri və flayerlər paylayıblar.
Kampaniyaya qatılanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 28 il əvvəl Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı barədə ətraflı məlumatlandırılıblar. Aksiya boyu insanlar xüsusi hazırlanmış çərçivədə şəkillər çəkdirib şəxsi sosial hesablarında paylaşıblar.