Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, tədbirdə Azərbaycan Ordusunun birləşmə komandiri general-mayor Mayis Bərxudarov, digər yüksək rütbəli zabitlər, “N” saylı hərbi hissənin hərbi qulluqçuları, Dövlət Sərhəd Xidmətinin Horadiz Sərhəd dəstəsinin əsgər və zabitləri, Rayon İcra Hakimiyyətinin, həmçinin yerli güc strukturlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak edib.

Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edən tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra onların ruhlarına dualar oxuyublar.
Daha sonra Füzuli Dram Teatrında Akif Həsənoğlunun əsəri əsasında hazırlanmış “Yaddaş” tamaşası nümayiş etdirilib.

Tamaşa Xocalı faciəsi zamanı ermənilərin törətdiyi vəhşiliklərdən və Azərbaycan hərbiçilərinin dinc sakinlərin xilas edilməsində göstərdiyi şücaətdən bəhs edir.

Teymur Zahidoğlu
Ordu.az