Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Tərtər rayonunda yürüş keçirilib - FOTOLAR
Oxunub: 3990
12:30
26 Fevral 2020
Xocalı faciəsinin 28-ci ildönümü təmas xəttində yerləşən Tərtər rayonunda da anılıb.
Ordu.az-ın Qarabağ bürosu xəbər verir ki, rayon sakinləri Xocalı faciəsinin anım gününü izdihamlı yürüşlə qeyd ediblər.
Yürüşə minlərlə rayon sakini qatılıb. Aksiyada rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, ərzidə olan hərbi hissənin şəxsi heyəti qatılıblar. Yürüş – aksiya 2 min metrlik bir məsafəyə qədər davam edərək, şəhidlər abidə kompleksində başa çatıb. İştirakçılar abidə kompleksinin qarşısına gül dəstələri qoyub, anım duruşu nümayiş etdiriblər.