Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Politekonomia” araşdırma institutunun siyasi şərhçisi Yervand Bozoyan öz məqaləsində qeyd edib.
Bozoyan bildirib ki, onlar (Türkiyə nəzərdə tutulur-red.) öz qüvvələri ilə nəinki Ermənistanda, həmçinin Qarabağda vəziyyəti gərginləşdirməyə nail olublar.
“Son iki ilin inkişafları göstərir ki, azərbaycanlıların və türklərin vektorları Ermənistan istiqamətində düzgün, yəni bizim üçün arzuolunmaz istiqamətdə inkişaf edir. Bunun onların son məqsədinə çatmağa yetərli olub-olmayacağına gəlincə, bu, artıq fərqli müzakirə mövzusudur”, - deyə erməni siyasi şərhçi bildirib.
O qeyd edib ki, 2016-cı ildəki kimi müharibə gözlənilmədən gələ bilər.
Alpər Mövludoğlu
Ordu.az