Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Ara Papyan deyib.
Onun sözlərinə görə, Münhen görüşü tərəflərə öz fikirlərini səsləndirməyə imkan verib, başqa heç nə.
“Bütün bunlar sanki münaqişənin həllinə yox, münaqişənin uzanmasına yönəlib. Erməni tərəfi status-kvonun saxlanılmasının öz xeyrinə olduğunu düşünür, Azərbaycan da status-kvonun gərgin, yorucu müharibə zamanı Ermənistanı əritməsinə səbəb olduğunu düşünür”, - deyə erməni politoloq bildirib.
Papyan qeyd edib ki, hazırda münaqişənin həlli geridönüş yaşayır.
“Əgər əvvəllər “status qarşısında ərazilər” danışılırdısa, sonralar “təhlükəsizlik qarşısında ərazilər” danışılırdı, indi isə İlham Əliyev “milli azlıq statusu qarşısında ərazilər”i səsləndirdi”, - deyə Papyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az