Ermənistanın Qarabağdakı “hərbi birləşməsi”nin “qərargah rəisi” kim ola bilər?

2020/02/46456-1582618367.jpg
Oxunub: 27991     16:11     25 Fevral 2020    
Xəbər verdiyimiz kimi, Ermənistanın işğal altında olan Qarabağda yerləşdiridiyi qanunsuz “hərbi birləşmə”nin komandiri Karen Abrahamyan tutduğu vəzifədən azad olunub, onun yerinə “hərbi birləşmə”nin “qərargah rəisi” olan Calal Harutyunyan təyin olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qanunsuz “hərbi birləşmə”nin “qərargah rəisi” vəzifəsinə Kamo Vardanyanın adı müzakirə olunur və başqa adların da müzakirə ediləcəyi istisna olunmur.

Vardanyan bir ay əvvəl Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi rəisinin müavini təyin olunub.

O, 2012-2017-ci illərdə qanunsuz “hərbi birləşmə”nin “komandirinin birinci müavini” və “qərargah rəisi” olub. Movses Hakobyanın (Mosi) yaxınıdır, “1 Mart” işi üzrə adı hallanır və maraqlı ifadə verib.

Məsələn, o, 2008-ci ilin məlum hadisələri vaxtı Qarabağdan İrəvana qoşun göndərilməsini təsdiqləyib. Deyib ki, 2008-ci fevralın 22-də qanunsuz “hərbi birləşmə”nin “komandiri” Movses Hakobyanın əmri ilə Ermənistan prezidentinin iqamətgahında keçiriləcək müşavirədə iştirak etmək üçün onunla birlikdə İrəvana gəlib.

“Bundan sonra Hakobyan bizə İrəvanda qalmağı göstəriş verdi, çünki Qarabağdan İrəvana qoşun göndərilməli idi. Anlaşılan idi ki, Movses Hakobyana bu cür əmri prezident müşavirəsindən sonra vermişdilər, böyük ehtimalla Müdafiə naziri verib, konkret xəbərdar deyiləm”, - deyə Vardanyan öz ifadəsində bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin