Məlumata görə, Ermənistanın işğal altında olan Qarabağda yerləşdiridiyi qanunsuz “hərbi birləşmə”nin komandiri Karen Abrahamyandan başqa Xankəndinin “Haykazov” hərbi hissəsi və ya qondarma elitar hərbi hissənin mənəvi-psixoloji idarəsinin rəisi də vəzifəsindən azad olunub.
Xatırladaq ki, yanvarın 30-da qeyd edilən hərbi hissədə hərbi qulluqçu Vahram Avaqyan ölüb. İş üzrə 3 şəxs həbs olunub, həbs olunanlardan biri keçmiş deputat Arakel Movsisyanın (Şmays) oğludur.
Əsgərin ölüm hadisəsi ilə bağlı açılmış cinayət işi çərçivəsində Vahram Avaqyanın xidmət yoldaşları Xaçik Qasparyan və Spartak Avetisyan da həbs olunub.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Təxribat