"Slovakiya münaqişənin nizamlanmasında əlindən gələni etməyə hazırdır" - Layçak

2020/02/56756-1582537942.jpg
Oxunub: 21933     13:50     24 Fevral 2020    
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirə Ermənistan xarici işlər naziri ilə görüşlərin ayrılmaz hissəsini təşkil edir.

Ordu.az xəbər verir ki, bunu Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak (ATƏT-in ötən il fəaliyyətdə olan sədri) İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Layçak qeyd edib ki, Slovakiya ATƏT-ə sədrlik etdiyi müddətdə problemə böyük diqqət ayırıb. O, Xarici İşlər nazirlərinin, Ermənistan və Azərbaycan liderlərinin Cenevrə və Münhen görüşlərini xatırladıb.

“Fikrimizcə, görüşlər və müzakirələr müsbət haldır. Slovakiya ATƏT-in Minsk qrupunun himayəsi altında həll prosesini tamamilə dəstəkləyir. Biz onların işinə tam etibar edirik, vasitəçilərlə yaxından işləyirik. Slovakiya münaqişənin nizamlanmasında əlindən gələni etməyə hazırdır", - deyə Layçak vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Layçak   Qarabağ   ATƏT  


Bizi "telegram"da izləyin