Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun rəhbəri, politoloq Styopa Safaryan “Lavrov planı”na toxunarkən deyib.
Onun sözlərinə görə, 2016-cı ilin Aprel döyüşlərindən sonra rus tərəfi özü “Lavrov planı”nın mövcudluğunu təkzib etməyə məcbur olub.
“Bunu dekabr, yanvar, may və oktyabr ayında edib. Bunun rus planı olduğu ən azı 4 dəfə təkzib edilib. Aydındır ki, Paşinyan manevr etməklə danışıqları bu nöqtədən davam etdirməyə hazırlaşmadığını bildirdi və vurğuladı ki, münaqişənin nizama salınma yolu ATƏT-in Minsk qrupu çərçivəsində həll axtarışıdır. Rus tərəfi isə Ermənistanın yeni hökumətinin keçmiş hakimiyyətin xəttini nə qədər davam etdirəcəyini aydın şəkildə anlamağa çalışır”, - deyə o bildirib.
Safaryanın sözlərinə görə, “Lavrov planı” Kazan sənədindən bir az fərqlidir.
“Sarkisyanın qürurla sitat gətirdiyi Kazan sənədi nəinki 5-7 rayonun qaytarılmasını, həmçinin referendumu, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində statusla bağlı iradə ifadəsini nəzərdə tuturdu. “Lavrov planı” isə açıq şəkildə bunu nəzərdə tutmur”, - deyə erməni politoloq qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az