“Əslində, ən böyük problem budur ki, Nikol Paşinyan mövcud bütün formatları rədd etmək və danışıqlar prosesini yenidən başlamaq barədə danışır. O, İctimai Televiziyaya müsahibəsində məhz bu barədə danışırdı. Erməni tərəfi əslində mövcud danışıq variantları və mexanizmlərindən imtina etdikdə, bir sıra fərqli suallar ortaya çıxır və burada təhlükəsizliyə bənzəyən formatlar sadəcə mənasız olur”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Hrant Melik-Şahnazaryan Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamalara toxunarkən bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbayacana müharibəyə başlamaq üçün fürsət verir.
“Bu cür yolla rəsmi İrəvan Azərbaycana müharibəyə başlamaq üçün legitim fürsət verir və həmçinin vasitəçilərə də diplomatik yolla buna mane olmamaq üçün fürsət verir. Münhendən sonra biz müharibəyə bir addım da yaxınlaşdıq”, - deyə Hrant Melik-Şahnazaryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
İşğal
Qarabağ
Müharibə