Ordu.az-ın Qarabağ bürosu xəbər verir ki, əsgər Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində əsgərin ailə üzvüləri, hərbiçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əsgərin cənazəsi bükülən bayraq onun ailəsinə verilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb. Hərbiçinin meyidi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə neytral ərazidən götürülüb.
Daşqın Güneyli
Ordu.az