Ordu.az xəbər verir ki, bunu ATƏT-in Münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru Tuula Yuryelya təşkilatın Siyasi İşlər və Təhlükəsizlik Ümumi Komitəsinin Vyanada keçirilən qış iclasında deyib.
ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Rudolf Miçalkanın fəaliyyətini dəstəklədiklərini bildirən T. Yuryelya bildirib ki, Minsk qrupunun həmsədrləri vasitəçilik səylərini aktiv şəkildə davam etdirirlər.
“Yanvar ayının sonunda Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin birgə bəyanatı göstərdi ki, müzakirə masasında bir çox məsələ var”, - deyə o qeyd edib.
Ordu.az