Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölmüş hərbi qulluqçunun qohumu Nane Arzumanyan bildirib.
O qeyd edib ki, yaxınlar baş vermiş hadisənin aşkara çıxarılmasını tələb edirlər.
“Haykın komandirlərindən, hərb yoldaşlarından, xidmət yoldaşlarından, hər kəsdən soruşuruq, problemi olmayıb, o da çox razı olub, həmişə deyib ki, nə yaxşı yerə düşmüşəm, nə yaxşı hərbi hissədir. Yəni, hər hansı bir şeyin qaydasında olmadığını düşünməyimiz üçün heç bir şey olmayıb. Yoldaşlarından da soruşmuşam, deyirlər ki, heç bir problemi olmayıb”, - deyə Arzumanyan bildirib.
Nane əlavə edib ki, Haykın 3 illik müqaviləsi olub, ondan yalnız 1.5 ilini xidmət edib.
Alpər Mövludoğlu
Ordu.az