“Sizdə sual yaranmayıbmı ki, 1993-1994-cü illərdə erməni qüvvələrinin Qarabağın şimalında Şaumyan rayonunu (Ağcakənd-red.) tərk edərək cənuba doğru hərəkət etməsi və Arazın sahilinə çıxması necə oldu?”
Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlət Universiteti Tələbələrlə Aparılan İşlər Mərkəzinin direktoru, ekspert Vahaqn Varaqyan öz “Facebook” səhifəsində yazıb.
Varaqyanın sözlərinə görə, belə oldu, çünki təxminən bir milyon insanın yaşaya bilcəyi rayonlar ələ keçirildi.
“Başqa sözlə desək, tarixi və ya coğrafi yox, yaşayış ərazisi məsələsi həll olundu. İndi Paşinyan “ərazilər yoxdur, təhlükəsizlik var” ifadəsini bir neçə gün ərzində iki dəfə təkrarlayırsa, nəyə eyham vurur? Məgər bu o demək deyilmi ki, münaqişənin nizama salınmasının “müstəqillik qarşılığında ərazilər” modeli ləğv olunub və “təhlükəsizlik qarşılığında ərazilər”, yaxud deməyin daha məqbul olduğu kimi, “sülh qarşılığında ərazilər modeli” işə qoyulub?”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az