Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, fevralın 15-də Münhendə baş tutmuş Paşinyan-Əliyev debatları bir çoxlarını sevindirdi, bir çoxları üçün isə məyusluq və qorxu yaratdı.
“Əsasən hökumətyönlü və ya Qarabağ münaqişəsindən xəbərsiz olan insanlar fərqinə varmadılar ki, Ermənistanın Baş naziri məsələ ilə bağlı vacib məlumatlara nə qədər pis sahibdir”, - deyə politoloq qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az