“O, azərbaycanlıların Qarabağa qayıtmasını istəyir” - Balasanyan

2019/01/56756-1548847110.jpg
Oxunub: 622     12:10     17 Fevral 2020    
“Azərbaycan prezidenti Qarabağ münaqişəsinin mərhələli həll versiyasını, yəni Qarabağ üçün qəbulolunmaz versiyanı səsləndirdi”.

Ordu.az xəbər verir ki, bunu qondarma qurumun “təhlükəsizlik şurasının sabiq katibi” Vitali Balasanyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib, münaqişənin bu həll versiyası 1997-ci ildə müzakirə edilirdi və hələ o zaman tamamilə rədd edilib.

“İlham Əliyev Münhendə baş tutmuş müzakirə zamanı göstərdi ki, Azərbaycan 23 il sonra da münaqişənin mərhələli həll versiyası barədə danışır, çünki bu, Qarabağı Azərbaycan tərkibində görmək üçün birbaşa yoldur. O, azərbaycanlıların Qarabağa qayıtmasını istəyir və bu məqsədə mərhələli variantla - ərazilərin geri qaytarılması, azərbaycanlı qaçqınların Qarabağ yerləşdirilməsi və s. çatmağa razıdır.

Əslində, danışıqlar prosesi geridönüş yaşayıb və 1997-ci ilə qayıdıb”, - deyə Balasanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İşğal   Ermənistan   Qarabağ  

“O, azərbaycanlıların Qarabağa qayıtmasını istəyir” - Balasanyan

2019/01/56756-1548847110.jpg
Oxunub: 623     12:10     17 Fevral 2020    