Ermənistan MN-in sabiq müavini: “Qarabağ məsələsində Paşinyandan nə zamansa müsbət irəliləyiş gözləməmişəm”

2018/12/resiz-1544015095.jpg
Oxunub: 633     11:37     17 Fevral 2020    
“Qarabağ məsələsində Paşinyandan nə zamansa müsbət irəliləyiş, yaxud həllər gözləməmişəm və bu barədə danışmışam”.

Ordu.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində Ermənistan Müdafiə nazirinin sabiq müavini Artak Zakaryan yazıb.

O qeyd edib ki, Azərbaycan “işğal olunmuş ərazilər” terminindən ən yüksək səviyyədə istifadə edir və Ermənistan tərəfindən cavab yoxdur.

“Əliyev bir daha qeyd etdi ki, danışıqlar prosesində məsələni mərhələli həllə doğru aparırlar. Yəni, bəzi ərazilərin geri qaytarılması, qaçqın və məcburi köçkünlərin yenidən məskunlaşdırılması, münasibətlərin normallaşdırılması, daha sonra Azərbaycan tərkibində milli azlıq kimi xoşbəxt, qayğısız həyat və s. Paşinyan Düşənbədə Qarabağın təhlükəsizliyi və konfliktin tarixindən qarmaqarışıq danışaraq Əliyevin bu müşahidəsinə tam cavab vermədi”, - deyə Zakaryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Zakaryan   Paşinyan   Təxribat   İşğal  

Ermənistan MN-in sabiq müavini: “Qarabağ məsələsində Paşinyandan nə zamansa müsbət irəliləyiş gözləməmişəm”

2018/12/resiz-1544015095.jpg
Oxunub: 634     11:37     17 Fevral 2020    