Münhendə İlham Əliyevlə Paşinyanın görüşü keçirildi - VİDEO+FOTO (YENİLƏNİB)

2020/02/1581788480.jpg
Oxunub: 10062     21:22     15 Fevral 2020    
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.

Ordu.az xəbər verir ki, müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan iştirak ediblər.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüşün moderatoru ABŞ-Rusiya Fondunun prezidenti Selesta Uollander olub. Panel müzakirələri bir saata yaxın davam edib.

***
(20:20)

Almaniyanın Münhen şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Azvision.az xəbər verir ki, iki ölkə rəhbərinin görüşü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub. Görüşdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr başlayıb.






Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Paşinyan   Münhen   Qarabağ  


Bizi "telegram"da izləyin