Fevralın 14-də, saat 19:00 radələrində işğal altında olan Qarabağın şərq hissəsindəki hərbi hissələrdən birində naməlum şəraitdə erməni hərbi qulluqçunun meyiti tapılıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ölümün hansı şəraitdə baş verməsi ilə bağlı müvafiq qurumlar araşdırma aparır.
Məlumata görə, ölmüş şəxs Ermənistanın Sünik vilayəti sakini, 23 yaşlı hərbi qulluqçu, 1997-ci il təvəllüdlü Hayk Nerses Asryandır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Ölüm
Qarabağ