Ordu.az xəbər verir ki, bunu “Fridrix Ebert” fondunda təşkil olunmuş müzakirə iştirakçılarından biri, Almaniyanın azərbaycanlı icmasının nümayəndəsi deyib.
İcmanın nümayəndəsi Ermənistanın Baş nazirinə “Son olaraq, bu böyük ümidlə bağlı nə etmək lazımdır?”, deyə sual ünvanlayıb.
“Mən artıq qətnaməni dedim, məsələni birtərəfli fəaliyyətlərlə həll etmək mümkün deyil. Hətta hər hansı Ermənistan hakimiyyətinin birtərəfli fəaliyyət həyata keçirəcəyini güman etsək belə, o, bununla problemi həll etməyəcək, əksinə dərinləşdirəcək”, - deyə Ermənistanın Baş naziri bildirib.
İşğal altında olan Qarabağda baş verə biləcək müharibəyə gəlincə Paşinyan bildirib ki, Azərbaycanın Qarabağa hücumunu Ermənistan üzərinə hücum kimi qəbul edəcəklər.
Alpər Mövludoğlu
Ordu.az