Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Komitədən verdiyi məlumata görə, 2020-ci il fevralın 12-də, saat 11:30 radələrində, “N” saylı hərbi hissənin döyüş mövqeyində döyüş növbətçiliyinə cəlb olunmuş məcburi müddətli hərbi qulluqçu, sıravi Tiqran Manvel Manvelyanın baş nahiyəsindən güllə yarası alması və hərbi hospitala aparılarkən yolda ölməsi hadisəsi üzrə Ermənistan İstintaq Komitəsinin ikinci qarnizon istintaq şöbəsində cinayət işi açılıb.
Qeyd olunur ki, ölmüş digər məcburi müddətli hərbi qulluqçu, kiçik çavuş Tiqran Husik Mxoyanın da baş nahiyəsindən güllə yarası alması və hərbi hospitala aparılarkən yolda ölməsi hadisəsi üzrə Ermənistan İstintaq Komitəsinin ikinci qarnizon istintaq şöbəsində cinayət işi açılıb.
Alpər Mövludoğlu
Ordu.az