Hərbi qulluqçulardan biri 2000-ci il təvəllüdlü Tiqran Manvelyandır. O, Lori bölgəsinin Taşir şəhərindən idi və 2019-cu ilin payızında ordu sıralarına çağırılıb.
Məlumata görə, Tiqran Manvelyan mütəmadi olaraq hərbi xidmətindən şikayət edib, hərbi hissədə problemlər yaşayıb, bu barədə yaxınlarını da məlumatlandırıb. Öncəki gün Manvelyan döyüş mövqelərinə aparılıb. Onun iki böyük qardaşı da işğal altında olan Qarabağdakı hərbi hissələrdə qulluq edib, o, ailənin kiçik oğlu olub.
Digər hərbi qulluqçu Tiqran Mxoyandır. O, İrəvanın Malatia-Sebastia inzibati rayonundan idi, 2018-ci ilin payızında orduya çağırılıb.

Məlumata görə cəsədlərdən birini 12 fevral tarxində saat 11 radələrində, digərini isə 2 saat sonra yenə də odlu silah yaralanması nəticəsində baş verən ölüm hadisəsi olaraq başqa bir hərbi hissədə aşkar ediblər.
Qeyd edək ki, hərbi qulluqçuların ölüm səbəbləri hələlik məlum deyil, müstəntiqlər hələ də hadisə yerində araşdırma aparmaqdadırlar.
Xatırladaq ki, son 13 gündə Ermənistan ordusunda 7 ölüm hadisəsi baş verib.
Alpər Mövludoğlu
Ordu.az