Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün fevralın 12-də işğalçı ordunun Xocəvənd yaşayış məntəqəmizdə yerləşdirilən bölmələrindən birinin əsgəri, 2019-cu ildə hərbi xidmətə çağırılan, 2000-ci il təvəllüdlü Tiqran Mxoyan ona təhkim edilən silahla özünə qəsd edib.
Xidmət yoldaşları tərəfindən təhqirlərə dözməyən T. Mxoyan başından atəş açaraq intihar edib.
Hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməsə də faktla bağlı araşdırma aparılır.
Daha sonra, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri iki erməni hərbi qulluqçunun ölməsi barədə məlumat verib. O qeyd edib ki, hadisənin detalları barədə məlumat verə bilməz.
Qeyd edək ki, ölən ikinci erməni hərbi qulluqçu 2000-ci il təvəllüdlü Tiqran Manvelyandır. O, Qarabağın cənub-şərq hissəsində yerləşən hərbi hissələrdən birində, saat 11:30 radələrində ölüb.
Alpər Mövludoğlu
Ordu.az