Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın “Regnum” xəbər agentliyinin redaktoru, siyasi analitik, köşə yazarı Stanislav Tarasov Qarabağ münaqişəsinin nizama salınması prosesinə toxunarkən deyib.
Tarasovun sözlərinə görə, Dağlıq Qarabağın nizama salınması prosesində artıq dəyişikliklər var.
“Güman edirəm və əminəm ki, müzakirə olunan sənəd lahiyəsi var. Lakin məsələ burasındadır ki, tərəflər bu barədə danışmırlar və gizlilik rejimini qoruyurlar. Lakin bu münaqişə ilə ilk dəfə məşğul olmayan insanlar deyə bilərlər ki, əgər danışılası bir şey yoxdursa, onda dialoq da genişlənə bilməz, bu cür davamlılıqla müzakirələr varsa, bu o deməkdir ki, sərt, kəskin müzakirələr davam edir, nə ətrafında müzakirə aparıldığını isə yalnız güman edə bilərik. Görünür ki, Azərbaycan və Ermənistanın iştirakı ilə hansısa ssenari hazırlanır. Azərbaycanın mövqeyi mənim üçün anlaşılandır, açıq şəkildə ərazi bütövlüyü barədə bəyanat verir, masa ətrafında isə kompromislər axtarır”, - deyə rus analitik bildirib.
Alpər Mövludoğlu
Ordu.az