Qarabağda ölən erməni hərbi qulluqçunun ölümünə görə kim məsuliyyət daşıyacaq?

2019/02/10319-1550732151.jpg
Oxunub: 5320     22:14     10 Fevral 2020    
Xəbər verdiyimiz kimi, 2020-ci il fevralın 9-da, saat 07:45 radələrində işğal altında olan Qarabağda yerləşən hərbi hissələrdən birində məcburi müddətli hərbi qulluqçu, sıravi əsgər Valeri Nelson Petrosyan huşsuz vəziyyətdə tapılıb.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hərbi qulluqçu hərbi hospitala yerləşdirilib və orada sözügedən şəxsin ölümü qeydə alınıb.

Faktla bağlı ikinci qarnizon istintaq bölməsində Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb, ilkin istintaq aparılır.

Məlumata görə, rəis və ya vəzifəli şəxsin səhlənkar münasibəti erməni əsgərin ölümünə səbəb olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Erməni-əsgər   Ölüm  


Bizi "telegram"da izləyin