Tarasovdan Paşinyana: “Razı deyilsənsə, niyə məhz bu əsas üzərində Azərbaycanla danışıqları davam etdirirsən?”

2020/02/^F84B-1581329841.jpg
Oxunub: 24325     17:47     10 Fevral 2020    
“Biz Dağlıq Qarabağın vəziyyətini diqqətlə izləyirik, biz dinləyirik. Xüsusilə də onun Qafanda (yanvarın 25-də) baş tutmuş mətbuat konfransındakı şərhlərini çox diqqətlə dinləmişik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın “Regnum” xəbər agentliyinin köşə yazarı, Yaxın Şərq və Qafqaz məsələləri üzrə ekspert Stanislav Tarasov deyib.

O, Paşinyanın Qafanda bütün bunların Sarkisyanın mirası olması bəyanatını xatırladıb.

“Konfrans zamanı o, “Madrid prinsipləri” barədə danışarkən söylədi ki, bunlar Serj Sarkisyanın siyasi mirasıdır. Lakin Paşinyan “Madrid prinsipləri” ilə razı deyilsə, qoy belə də desin. Niyə məhz bu əsas üzərində Azərbaycanla danışıqları davam etdirirsən? Sonuncu dəfə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Məmmədyarov və Mnatsakanyan Cenevrədə görüşüblər və təxminən 11 saat danışıblar. Onlar 11 saat nə barədə danışıblar? Əgər o, bu lahiyəni qəbul etmirsə, qoy “biz “Madrid prinsipləri”ni tanımırıq, biz indi Azərbaycanla yeni gündəlik hazırlayırıq” və s. desin. Axı sən “inqilabçı”san, “demokrat”san. Bu, bizi narahat edir”, - deyə Tarasov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tarasov   Paşinyan  


Bizi "telegram"da izləyin