Rusiyalı analitik: “Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi aqressiya təhlükəsi var”

2020/02/Evsee-1581324850.jpg
Oxunub: 30979     14:53     10 Fevral 2020    
“Azərbaycan yeni hərbi əməliyyat üçün əlverişli məqam axtarmağa paralel olaraq ATƏT-in Minsk qrupunun himayəsi altında görüşlər keçirə bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus siyasi analitik Vladimir Yevseyev Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə, xüsusilə də bir neçə gün bundan öncə Cenevrədə baş tutmuş Məmmədyarov-Mnatsakanyan ikigünlük görüşünə toxunarkən deyib.

Yevyevin sözlərinə görə, görüş olduqca uzun müddət davam edib, çünki tərəflər bəzi humanitar proyektlərin həyata keçirilməsi detallarını, onların formatlarını müzakirə edirlər.

“Mən nizama salınmaya düşünülmüş proses təsəvvür etmirəm, tərəflər uzun müzakirələr edə bilərlər, lakin hazırkı anda nə Azərbaycan, nə də Ermənistan həll prosesində hər hansı bir şeydən imtina etməyəcək, yəni, dəstəklədiyi prinsipi güzəştə getməyəcək, bu münaqişə halında, siyasi həll halında isə güzəştlər qaçılmazdır”, - deyə Yevseyev bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin