Qarbağda ölən erməni hərbi qulluqçunun yaxınları onun niyə öldüyünü başa düşmürlər

2020/02/defau-1581324444.jpg
Oxunub: 20185     16:46     10 Fevral 2020    
Fevralın 9-da işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birində, ilkin məlumatlara görə, qəfil ölmüş Valeri Petrosyan Xankəndidən olub.

Ordu.az erməni KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölmüş erməni əsgərin qohumu məlumat verib.

O bildirib ki, Valeri Petrosyan iyulun 2-də orduya çağırılıb.

“Böyük qardaşı var idi. Qardaşı 2018-ci ildə tərxis edilib. Xankəndidə yaşayırlar. Atası 1992-ci ildə Füzulidə yaralanıb, ayağını itirib”, - deyə ölmüş erməni əsgərin yaxını bildirib.

Petrosyanın sağlamlıq problemlərinin olub-olmaması ilə bağlı verilən suala yaxını cavab verib ki, o, orduya sağlam göndərilib.

“Orduya sağlam göndərmişik, niyə qəfil öldüyünü başa düşmürük. Dünən (8 fevral – red.) anası ilə danışıb, şikayət etməyib, hər şeyin yaxşı olduğunu deyib”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan   İşğal   Ölüm  


Bizi "telegram"da izləyin