Qarabağda andiçmədən qayıdan ermənilər qəza törədib: 1 ölü

2020/02/56756-1581313930.jpg
Oxunub: 31779     09:51     10 Fevral 2020    
Fevralın 8-də saat 21:00 radələrində işğal altında olan Qarabağdan qayıdan Ermənistan sakini Ağdərə-Vardenis avtomobil yolunun 115-ci km hissəsində qəza törədib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində Ermənistanın Kotayk vilayətinin Hrazdan şəhər sakini 49 yaşlı Hrant Hovhannisyan ölüb.

Qeyd olunur ki, ölmüş şəxs Qarabağda hərbi "andiçmə mərasimi"ndə iştirak edib və hadisə qayıdarkən baş verib.

Məlumata görə, yolun buzlu olmasına görə avtomobillər hərəkətə edə bilməyib, bir neçə şəxs avtomobilləri itələyərək yolun buzlu hissəsindən çıxmağa çalışıb, bu zaman sözügedən şəxsin halı pisləşib və nəticədə ölüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qarabağ   Ölüm  


Bizi "telegram"da izləyin