Qarabağda erməni əsgər ölüb

2020/02/1581258006.jpg
Oxunub: 19849     14:25     09 Fevral 2020    
İşğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birinin döyüş mövqelərində ölüm faktı qeydə alınıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 07:45 radələrində işğal altında olan Qarabağın cənub istiqamətindəki döyüş mövqelərindən birində erməni hərbi qulluqçu, 2001-ci il təvəllüdlü hərbi qulluqçu Valeriy Petrosyan ölü tapılıb.

Hələki onun ölüm səbəbi müəyyənləşdirilməyib.

Hadisənin detallarının müəyyən olunması üçün istintaq aparılır.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   əsgər  


Bizi "telegram"da izləyin