Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün, saat 16:30 radələrində Sünik vilayətində yerləşən hərbi hissələrdən birinin ərazisində 3 erməni hərbi qulluqçunun cəsədi qar uçqununun altında tapılıb.
Aparılan xilasetmə işləri nəticəsində sıravi Karapet Sedrak Nazaryan (1991-ci il təvəllüdlü, 2018-ci ildən qulluq edir, Laçın hərbi komissarlığı), kiçik çavuş Tiqran Armen Arzumanyan (1994-cü il təvəllüdlü, 2018-ci ildən qulluq edir, Sünik hərbi komissarlığı) və kiçik çavuş Nver Tiqran Şahbazyanın (1995-ci il təvəllüdlü, 2018-ci ildən qulluq edir, Sünik hərbi komissarlığı) cəsədləri tapılıb.
Müqaviləli hərbi qulluqçu, sıravi Hamlet Qrenik Mirzoyan (1998-ci təvəllüdlü, 2018-ci ildən qulluq edir, Sünik hərbi komissarlığı) isə yüngül bədən xəsarətləri ilə xilas edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Alpər Mövludoğlu
Ordu.az-