Qarabağda ölən yezidi hərbi qulluqçunun babası: “Ermənistan ordusu həbsxanadan pisdir”

2019/03/0aca7-1553838795.jpg
Oxunub: 13659     14:49     07 Fevral 2020    
“Ermənistan Baş naziri Nikol Paşinyanın nəvəsinin ölüm işinə gedişat verilməsi ilə bağlı vəd verməsinə baxmayaraq, indiyə qədər əhəmiyyətli heç nə edilməyib”.

Ordu.az erməni KİV-lərinə istiandən xəbər verir ki, bunu ötən ilin dekabr 2-də işğal altında olan Qarabağda ölən yezidi hərbi qulluqçu 21 yaşlı Artur Acamyanın babası Xativ Acamyan deyib.

Arturun babası indiyə qədər nəvəsini öldürən Davit Melikbekyanın valideynləri ilə görüşə bilməyib. Onun anası isə ölmüş əsgərin yaxınları ilə əlaqə yaratmaq istəməyib.

“Paşinyan da Andranik Köçəryan kimi (Ermənistan parlamentinin müdafiə komissiyasının rəhbəri – red.) başımızın altına yumşaq yastıq qoyur. Bu, nə birinci, nə də sonuncu hadisə olacaq, çünki orduda disiplin yoxdur, Ermənistan ordusu həbsxanadan pisdir”, - deyə Arturun babası bildirib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   dedovşina   Cinayət  


Bizi "telegram"da izləyin