Digər həbs oluna şəxslər eyni hərbi hissənin hərbi qulluqçuları Xaçik Armeni Qasparyan və Spartak Arturi Avetisyandır.
Onlar, Ermənistan Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü bəndi, yəni hərbi qulluqçuların aralarında tabeçilik əlaqəsi olmadıqda davranış qaydalarını pozmaqla cinayət törətməkdə şübhəli bilinərək həbs edilib. Bu maddənin 1-ci və ya 2-ci hissəsi üzrə, ağır nəticələrə səbəb olan əməl 4-8 il arasında azadlıqdan mərhum etməklə cəzanı nəzərdə tutur.
İstintaq komitəsindən verilən məlumata əsasən, həbs edilən şəxslərə qarşı hələlik ittiham irəli sürülməyib və ibtidai istintaq aparılır.
Erməni mətubat nümayəndələri həbs edildikdən sonra oğlu ilə danışıb-danışmadığını, hər hansı açıqlama verib-vermədiyini öyrənmək üçün həbs edilən Davit Movsisyanın atası Arakel Movsisyanla əlaqə yaradıblar.
Xatırladaq ki, mətbuatda yayılan məlumatlara əsasən Movsisyanın oğlu yüksək vəzifəli məmurların və nüfuzlu şəxslərin övladlarının xidmət etdiyi “elit” hərbi hissədə xidmət edib. Yayılan məlumatlara görə, Movsisyanın oğlu hərbi hissədə imtiyazlı şəxslərdən biri, “hərbi hissəyə baxan” olmaqla ölən hərbi qulluqçu Vahram Avakyanla mübahisə edib.
“Son dəfə xidmət zamanı görmüşəm, “prisyaqa”dan sonra görməmişəm. Həbs edildikdən sonra danışmamışam. Onun işi üzrə vəkillər məşğul olur. Mən heç bir şeyə mane olmuram. Başqa heç nədən xəbərim yoxdur. Qoy vəkillər sizə cavab versin. Məhkəmə istintaqı gedir”, - deyə verilən suallara Arakel Movsiyan cavab verib.
Jurnalistin “Oğlunun yaxşı hərbi hissədə xidmət etməsi üçün müdaxilə edibmi”, deyə verilən suala Movsisyan bildirib ki, oğlu ödənişsiz ali təhsil aldığına görə “uçebka”ya getməli idi.
“Ancaq “uçebka”ya yox, ölkəsinə qulluq etmək istədi və hərbi hissəyə getmək üçün püşkatmaya girdi. Mən orda iştirak etməmişəm. Püşkatma nəticəsində Qarabağa yola düşüb. Hamı kimi o, Qarabağda püşkatmaya girib. “Prisyaqa”da iştirak etmişəm. Oğlum “prisyaqa”nı ən yüksək və ən yaxşı səslə oxuyanlardan olub. Oğlumun yaxşı xidmət etdiyinə əminəm”, - deyə Movsisyan bildirib.
Xatırladaq ki, Ermənistan İstintaq komitəsinin yaydığı məlumata əsasən müddətli xidmət hərbi qulluqçusu, sıravi əsgər Vahram Avakyan, ona təhkim edilən AKM tipli avtomat silahdan öz döş qəfəsi nahiyyəsinə atəş açıb və odlu silah yarası ilə hərbi hospitala təxliyyə edilib. Saat 14:00 radələrində hospitalda bioloji ölümü qeydə alınıb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 110-cu maddəsinin 1-ci bəndi üzrə cinayət işi açılıb. Erməni mətbuatına açıqlamasında ölən hərbi qulluqçu Avakyanın yaxınları bildiriblər ki, məhkəmə tibbi ekspertizasının dediyinə əsasən atəş silah yuxarı vəziyyətdə olmaqla açıldığına görə intihar versiyasına inanmırlar.
“Baş verən xəsarətlərin intiharla heç bir əlaqəsi yoxdur. Bu qətl izləridir. İki mərmi çiynindən biraz aşağı hissədən girib, böyrəklərindən çıxıb. Belə bir yara almaq üçün silahı yuxarıdan tutulmalı idi, məhkəmə tibbi ekspertizası da bunu təsdiq edərək, qeyd edib ki, avtomat yuxarı tutulmuş mövqedən atəş açılıb”, - deyə ölən hərbi qulluqçunun yaxınlarından biri bildirib.
Alpər Mövludoğlu
Ordu.az