Düşmən cəbhədə yenidən təxribata əl atıb

2019/04/2_153-1555305386.jpg
Oxunub: 30094     09:28     07 Fevral 2020    
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Ordu.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Atəşkəs   Təxribat   Cəbhə  


Bizi "telegram"da izləyin