Ordu.az xəbər verir ki, hələ oktyabr ayında Ermənistan Turizm Komitəsinin dəvəti ilə “Youtube” kanalında “Davidsbeenhere”kimi tanınan vloqqer Deyvid Hofman 10 günlük səfərlə Ermənistan və işğal altında olan ərazilərdə olub.
Hofman 2020-ci ilin yanvarından başlayaraq Ermənistandan, fevralın 4-dən başlayaraq isə işğal altında olan ərazilərlə bağlı videolar paylaşmağa başlayıb.
Xatırladaq ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.
Alpər Mövludoğlu
Ordu.az