Qarabağda ölən erməni hərbi qulluqçunun işi üzrə Ermənistanın sabiq deputatının oğlu həbs olunub

2020/02/Untit-1580888750.jpg
Oxunub: 20975     12:09     05 Fevral 2020    
İşğal altında olan Qarabağda ölmüş məcburi müddətli hərbi qulluqçu, sıravi əsgər Vahram Mkrtiç Avaqyanın ölüm hadisəsi ilə bağlı araşdırılan cinayət işi üzrə təqsirkar bilinən D.Movsisyana qarşı həbs qətimkan tədbiri seçilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi departamentinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Naira Harutyunyan öz “Facebook” səhifəsində bildirib.

Xatırladaq ki, D.Movsisyan Ermənistan parlamentinin sabiq deputatı Arakel Movsisyanın oğludur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Conayət   İşğal  


Bizi "telegram"da izləyin