Qarabağda daha bir erməni hərbçi yaralanıb

2018/06/34_1528612352.jpeg
Oxunub: 26557     13:33     04 Fevral 2020    
Fevralın 2-də Xankəndi-Əsgəran magistral yolunun 16-cı kilometrliyində 1993-cü il təvəllüdlü Şuşa sakininin idarə etdiyi "Opel Vectra" markalı avtomobil qəzaya düşüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yol buz bağladığından hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində xəsarət alan sürücü Xankəndində yerləşən hərbi xəstəxanaya aparılıb. Onun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olub.

Qəza törədən şəxs hərbçi olsa da, Ermənistan tərəfi bunu gizlətməyə çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yaralı  


Bizi "telegram"da izləyin