Erməni politoloq: “Danışıqlar masası ətrafında nə baş verməsi barədə cəmiyyətimizin adekvat təsəvvürləri yoxdur”

2019/08/16876-1566900864.jpg
Oxunub: 15689     16:34     04 Fevral 2020    
“Hazırkı vəziyyətə əsasən, Qarabağı (qondarma qurum - red) danışıqlar masasına daxil etmək istəyi Qarabağın Azərbaycanlı İcmasının nümayəndə heyəti problemi ideyasını yenidən canlandıra bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın üç günlük görüşünə toxunarkən erməni politoloq Yervand Bozoyan deyib.

O qeyd edib ki, bu görüş də növbəti görüşlərin sırasına aiddir.

“Burada təkcə danışıqlar forması yox, həmçinin məzmun da vacibdir. Cəmiyyətimizin diskussiyası xəstə xarakterinə malikdir, təkcə danışıqların məzmunu ilə deyil, həmçinin onun forması ilə maraqlanır. Danışıqlar masası ətrafında nə baş verməsi barədə cəmiyyətimizin adekvat təsəvvürləri yoxdur. Heç kim izah etməyə maraqlı deyil ki, ümumiyyətlə danışıqlar masası ətrafında nə baş verir”, - deyə Yervand Bozoyan bildirib.

Politoloqun sözlərinə görə, Ermənistanda son 20 il ərzində belə bir vəziyyət yaranıb.

“Cəmiyyətimizdə ciddi səviyyədə diskussiya mövcud deyil, həm indi, həm də keçmişdə populist yanaşmalar var”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin