Xəbər verdiyimiz kimi, fevralın 3-də, saat 07:35 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində, ilkin versiyaya görə, silah istifadəsi qaydalarının pozulması nəticəsində erməni hərbi qulluqçulardan biri yaralanıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yaralanan erməni hərbi qulluqçu 2000-ci il təvəllüdlü Artur Tiqran Dalakyan olub.
Məlumata görə, hadisənin detallarının müəyyən olunması üçün istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Yaralı
Qarabağ