Qarabağda erməni əsgər özünü güllələyib

2020/02/ermə-1580751868.jpg
Oxunub: 5957     21:35     03 Fevral 2020    
İşğal altında olan Qarabağda yerləşən hərbi hissələrin birində erməni əsgər yaralanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan da təsdiqləyib.

"İlkin məlumata görə, əsgər ona təhkim olunmuş silahla özünü ayağından vurub", - deyə Hovhannisyan hazırkı anda əlavə məlumat verə bilməyəcəyini qeyd edib.

Alpər Mövludoğlu

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Əsgər  


Bizi "telegram"da izləyin