Ordu.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində Ermənistan Respublikaçılar Partiyasının keçmiş deputatı Samvel Farmanyan yazıb.
O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin dinc nizama salınması istiqamətində tərəfləri dəstəkləmək və həll prosesinin konfidensiallığı prinsipinə qarşı tam öhdəliyini yenidən təsdiq etdilər.
“Konfidensiallıq prinsipinə qarşı tam öhdəlik. Nə? Danışıqların bütün tarixi ərzində belə bir şey heç vaxt deyilməyib, heç vaxt. Axı nə dəyişib ki, həmsədrlər konfidensiallıq barədə, demək olar qeyri-diplomatik ifadə işlədirlər? Hər şey obyektivdir - konfidensiallığı tam qorumaq. Mən ATƏT-in vasitəçi həmsədrlərini tam başa düşürəm. Tam”, - deyə Farmanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az