Ordu.az erməni KİV-lərinə isrinadən xəbər verir ki, bunu danışıqlar üzrə erməni mütəxəssis Artur Martirosyan Qarabağ münaqişəsinin həll prosesinin hazırkı mərhələsi barədə danışarkən bildirib.
Onun sözlərinə görə, indi bu proses “embrional” vəziyyətdə belə deyil.
“Tərəflərin təklif etdiyi alternativlər arasında uzunmüddətli mübarizə təmin edilməlidir”,- deyə Martirosyan bildirib.
Martirosyan qeyd edib ki, hazırkı vəziyyətdə status-kvonun qorunması təbiidir.
“Həmsədrlərin artıq 10 ildən artıqdır status-kvonun qorunmasının qəbuledilməz olduğu barədə danışmasına baxmayaraq, bu, diplomatik formatdan başqa bir şey deyil”,- deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az