Erməni ekspert: “Cənubi Qafqazda hər hansı dəyişiklik Rusiyanın marağına uyğun olacaq”

2020/01/00-15-1580203512.jpg
Oxunub: 4111     16:07     28 Yanvar 2020    
“İki tərəf arasında baş verən görüşlər bölgədə sabitliyin qorunması mənasında çox müsbət və vacibdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Cenevrə Universitetinin müəllimi, beynəlxalq münasibətlər üzrə eskpert Vigen Çeteryan deyib.

O, Azərbaycan-Ermənistan danışıqlarının hazırkı mərhələsində münaqişənin həlli ilə bağlı hər hansı konkret lahiyənin müzakirə olmadığını bildirib.

“Bu gün həm Ermənistanın, həm də Azərbaycanın digər problemləri var. Bunlar əsasən daxili siyasi islahatlarla əlaqəlidir və düşünmürəm ki, bu müddət ərzində, ən azından bu il Qarabağ məsələsi ətrafında ciddi, vacib Ermənistan-Azərbaycan dəyişikliyi baş verəcək. Deməli, bu görüşlər sadəcə sabitliyi qorumaq üçündür”,- deyə erməni ekspert bildirib.

Çeteryanın sözlərinə görə, hazırkı vəziyyətə əsasən, hər hansı dəyişiklik Dağlıq Qarabağ məsələsində və ümumilikdə bölgədə rus diplomatiyası və xarici siyasətinin marağına uyğun olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin