Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölmüş yezidi hərbi qulluqçunun hüquqi varisinin nümayəndəsi Hayarpi Sarkisyan bildirib.
O qeyd edib ki, silah genetik ekspertizaya göndərilib və buna cavab alınıb.
“Hər halda, cavab mənə şübhəlidir və mən yenidən məhkəmə-genetik ekspertizasının keçirilməsi üçün vəsatət təqdim etmişəm. Beləliklə, onlar yaralı hərbi qulluqçu Davit Melikbekyanın tapıldığı yerdən qan izi tapmışdılar və onun Artur Acamyanın qanı ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün ekspertizaya göndərmişdilər. Qan izlərinin Davitin qanı ilə üst-üstə düşüb-düşməməsini öyrənmək üçün Artur Acamyanın silahı, daraqları da ekspertizaya göndərilmişdi. Alınmış nəticə ilə torpaq üzərindəki qanın üst-üstə düşməsi təkzib edilib, yəni, bu qan Artur Acamyana aid deyil. Belə çıxır ki, Artur Acamyanın qanı Davitin olduğu səngərdə tapılmayıb və ekspertin fikrincə, Artur Acamyanın silahı üzərində tapılmış qan izləri başqa bir şəxsdən olub, lakin bunlar Davit Melikbekyana aid deyil”, - deyə erməni vəkil bildirib.
Qeyd olunanlardan bu nəticə çıxır ki, Davit Melikbekyan və Artur Acamyanın bir-biri ilə problemi olmayıb və burada ən azı başqa iki nəfər var.
AlpərMövludoğlu
Ordu.az