ATƏT-in Minsk Qrupu həmsədrləri Rusiya XİN-də Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə ediblər

2020/01/0-59-1579929126.jpg
Oxunub: 22618     09:08     25 Yanvar 2020    
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ATƏT-in Minsk Qrupu həmsədrlərini - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa ) və Endryu Şoferi (ABŞ) qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşikin də iştirak etdiyi müşavirədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual problemləri, eləcə də Rusiya, ABŞ və Fransanın münaqişənin nizamlanmasında vasitəçilik səylərinin koordinasiyası müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Münaqişə  


Bizi "telegram"da izləyin